21-12-2016, 02:14

Qalmaqallı müğənni və model Afaq Aslan A24.Az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

Afaq xanım, bir müddətdir ki, müğənnilik fəaliyyətinizə fasilə vermişdiniz. Bu yaxınlarda isə yeni mahnınızı sevənlərinizə təqdim etmisiniz. Ümumiyyətlə necə oldu ki, mahnı oxumağa qərar verdiniz?

Mən artıq 6 ildir musiqi ilə məşğulam. Musiqi mənim uşaqlıqdan çox sevdiyim məşğuliyyətdir. Həyatda 3 hobbim var: şəkil çədirmək, idmanla məşğul olmaq, bir də musiqi. Bu 3 işin hər birindən də zövq alıram. Açığı peşəkar səhnəyə gəlib, müğənni olmaq mənim heç vaxt arzum olmayıb. Əksinə, kimsə mənə “müğənni ol!” deyəndə gülürdüm. Deyirdim ki, hamı müğənniləri pul verib qabağında oxutdurur. Bütün bunlar tam təsadüf nəticəsində baş verib. Uşaqlıqdan çox şöhrətpərəst insan olmuşam. Həmişə bilirdim ki, nə vaxtsa çox tanınmış bir insan olacam.



Uzun fasilədən sonra ifa etdiyiniz yeni mahnı haqqında nə deyə bilərsiniz?


Hazırda yeni mahnılar üzərində işləyirik. Tezliklə yeni mahnılarım işq üzü görəcək. Son olaraq ifa etdiyim mahnı isə “Ehtiyacım var” adlanır. Hələlik bu mahnıya klip çəkdirmək niyyətim yoxdur. Bəlkə, nə vaxtsa çəkdirə bilərəm.


 Afaq xanım, evdə necə biridir? Evdarlığı varmı?


Mən çox dadlı yeməklər bişirirəm, kimə desəm inanmır. Yaxın olduğum inanlar buna şahiddir. Hərdən mənə deyirlər ki, kim görsə sən belə yeməklər bişirirsən, inanmaz. Hamı elə bilir ki, mən farmazonam, yekəxanayam, evdə əlimi ağdan qaraya vurmuram. Amma, yemək bişirməyi çox sevirəm. Yəni, əlimin duzu var, çox dadlı yeməklər bişirirəm.


Bəs Afaq xanım nədən utanır? Komleksi varmı?


Bəlkə də həyatda mənim qədər kompleksli insan yoxdur. Mən insanlar çox olan yerdə otura bilmirəm. Hərdən dostlarım, rəfiqələrim deyir ki, “gedək filan yerdə oturaq”, deyirəm “yox, orada adam çox olur”. Mən dincəlmək istəyəndə qapalı məkanları seçirəm. O qədər kompleksli insanam ki, çox adam olan yerdə oturanda elə bilirəm ki, hamı mənə baxır. Fotosesiyalarımda, geyimlərimdə cəsarətli olduğum qədər həyatda cəsarətli deyiləm.


Çəkdirdiyiniz fotolarla cəmiyyətdə bimənalı qarşılanmırsınız. Nə vaxtsa sosail şəbəkələrdə və sair hədə dolu mesajlar almısınızmı?


Əksinə, harasa gedəndə insanlar məni tanıyır. Birdə görürsüz gözlənilmədən mənə gül dəstələri göndərirlər. Sevərək yaxınlaşırlar, deyirlər ki, Afaq xanım siz baxımlı qadınsınız. Biz sizi izləməkdən zövq alırıq. Tənqid və ya təhqir yazan insanlar uşaq-muşaqlardır. Onlar heç vaxt həyatda insanın qarşısına çıxmırlar ancaq klaviatura arxasında guruldayırlar. Yox, hələ nə təhdidlə, nə də təhqirlə qarşılaşmamışam.


Bəs sizin fikrinizcə bu nədən qaynaqlanır. Xarici şou-biznes ulduzları bu cür fotosesiyalar etdirir, normal qarşılanır, bizdə isə yox?


Bəli, çox normal qarşılanır. Rihanna, Beyons, Şakira, Cenifer Lopez kupalnikdə milyonların qarşısına çıxıb kosert verir. Bəs onları neyləsinlər, daşqalaq etsinlər? Bizim insanlarımızın düşüncə tərzi mənə çatmır. Xarici ulduzlar nə etsələr bunlar qəbul edir və alqışlayır. Bizimkilər etdikdə isə tənqid edilir və hərə bir yandan söz deyir. Bəzən mən şəhərə çıxıram. Bizim qızlarımızın şəhərdə, küçədə geyindiklərini biz səhnəyə geyinməyə utanarıq. Sadəcə olaraq biz göz önündə oldumuzdan daha çox tənqid edirlər.


Bəs Afaq xanımın ürəyi doludurmu? Kimsə varmı qəlbində?

Hazırda dəlicəsinə sevdiyim biri yoxdur. Amma, hər an hər şey ola bilər. Mən elə bir insanam ki, istənilən vaxt aşiq ola bilərəm. Mən planlaşdıranda ki, bu insanı sevəcəm, məndə heç vaxt alınmır. Sevgi məni çox dəyişir.

Bəs Afaq Aslan sevgidə necə bir qadındır- romantik, duyğusal yoxsa ehtiraslı?

Çox romatik, çox duyğusal və aşırı ehtiraslıyam. Ən əsası, çox da qısqanc insanam. Mən bir insanı sevirəmsə həm özümü incidirəm, həm də qarşımdakını.

Bəs Afaq xanım üçün ideal sevgili, ideal ər necədir?



Mənim yanıma yaraşan olmalıdır ki, deməsinlər ki, “gör gedib kiminlə sevgili oldu”. Mütləq yaraşıqlı olamlıdır çünki, mən surətpərəst insanam. Kişidə ən sevmədiyim xüsusiyyət simiclikdir. Bir kişi simic oldusa heç bir qadın onu sevə bilməz. Sürprizləri sevən insanam. Sevdiyim insan gözlənilmədən məni sevindirməlidir. Mən ona nəsə dedimsə, mən deyəndən sonra nəsə edirsə, bunun bir mənası olmur. Kişi özü bilməlidir ki, mənə nə lazımdır. Çox diqqətli olmalıdır.


Müsahibələrinizdə rast gəldiyim bir məqam var, hər zaman sizi pulgir bir xanım kimi göstərməyə çalışırlar. Belə nəticəyə gəlmək olur ki, Afaq Aslan heç vaxt kasıb kişi ilə sevgi yaşamaz. Bu nə dərəcədə doğru təəssüratdır?

Bəzən haqqımda deyirlər ki, Afaq hər adama salam verməz. Mənə deyirlər ki, yəqin sən ya nazirlərlə, ya da iş adamları ilə görüşürsən. Elə bir fikir formalaşıb ki, sıradan bir insanla mən sevgi yaşaya bilmərəm.

loading...