•  – Ağcabədidə yeni məktəb binasının tikintisinə 1 milyon manat ayrılıb 
  •  – "Nazir olmaq istəmirdim, amma..." - Misir Mərdanov 
  •  – Prezident sərəncam imzaladı 
  •  – Səhiyyə Nazirliyi tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasətini və dövlət nəzarətini həyata keçirəcək 

Bir ay əvvəl xanımı, bu gün özü öldü - Bakıda DƏHŞƏTLİ İNTİHAR

Bakıda baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Shefeq.az publika.az-a istinadən xəbər verir ki, bu gün shər saatlarında Xətai rayonu Gəncə prospektində yerləşən binanın 9-cu mərtəbəsindən özünü ataraq intihar edən 1950-ci il təvəllüdlü Həbibov Zəkiddin Hummatulla oğlunun səhhətində problemlər varmış. Belə ki, bir müddət əvvəl onun gözləri tutulub və görmə qabiliyyətini itirib. Təxminən 1 ay əvvəl isə Z.Həbibovun həyat yoldaşı vəfat edib. Oğlu və gəlini ilə birgə yaşayan 68 yaşlı kişi xanımını itirəndən sonra dərin psixoloji gərginlik keçirib.

İntihar faktı ilə bağlı cinayət işi açılıb.

****


13:28

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Bu gün saat 07 radələrində Xətai rayonu Gəncə prospektində yerləşən binanın 9-cu mərtəbəsində yaşayan Həbibov Zəkiddin Hummatulla oğlu özünü pəncərədən atıb. O, hadisə yerindəcə keçinib.

Bildirilir ki, Z.Həbibov ağlu və gəlini ilə birgə yaşayırmış. O, səhər saatlarında pəncərəyə yaxınlaşaraq qəfil özünü aşağı atıb.

Faktla bağlı cinayət işi açılıb, intiharın səbəbləri araşdırılır.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube