Baxış sayı: 835
20-12-2016, 22:38
İşlərimizlə əlaqəli bəzən istirahətimizə vaxt ayıra bilmirik buna zamanımız yetmir.Lakin bu müsahibəni oxuyub bəlkədə daha da həvəslənib özünüzə vaxt ayıracağınıza əminəm yaxın dostumuz  fotoqraf və turizimçi olan Bəxtiyar Məmmədovu sizlərə təqdim edirəm

Bəxtiyar Məmmədov 1988-ci il təvəllüdlü,doğulduğum yer Neftçala rayonudur.Hal hazırda Bakıda yaşayıram,evliyəm,turizm agenti və həvəskar fotoqrafam.Artıq 7 ildir ki,turizm sahəsindəyəm.

Bir turizim səyahətində xanımınızı həyat yoldaşınızı tapdınız o səyahəti necə xatırlayırsınız
Adi turlarımdan biri idi.Səhər saat 07.00 stationun qarşısında turistləri gözləyirdim Quba rayonuna idi səyahətimiz.Siyahını aldım əlimə bir ad oxudum və üzümdə təəccüb,gülüş yarandı.Bəli o ad mənim yoldaşımın adı idi Fitat.Heç 10 dəqiqə keçmədiki həmin xanım yaxınlaşdı mənə əyləşəcəyi yeri soruşdu və mən həyatımda ilk dəfə vuruldum o göz-qaşa,naz-qəmzəyə.Tur bitənə kimi Fitatı izləyir,arada gizlin şəkillərini çəkirdim.Dağlıq ərazi idi əl uzatdım düşməyinə kömək etmək istədim amma çox sərt baxışlarla göz süzdürdü mənə.Bu zaman əlimi üzdüm.Bakıya qayıtdıq,gecədən səhərə kimi onu necə tapacağımı düşünürdüm.Plan qurdum öz səhifəmizdə ancaq onun şəkillərini paylaşdım,bildim ki reaksiya verəcək.Özünü çox gözlətmədi şəkillərini silməyimi xahiş etdi və mən onun facebook hesabını beləcə tapdım.Sonradan məlum oldu ki,eyni ərazidə çalışırıq.Çox əziyyət çəkdim çünki məni özünə ancaq dost tanış kimi görürdü.Ondan əl çəkmədim və Fitatı özümə ömür gün yoldaşı etdim.

İnsanları bu ölkədən göndərməyə maraq hardan yarandı sizdə?
Əslində özüm səyahət etməyi çox sevirəm həm xarici ölkələrə həmdə ölkəmizin gözəl güşələrinə.Məktəb illərindədə Coğrafiya fənninə daha çox maraq göstərirdim,demək ki uşaqlıqdan özümü turizmə hazırlayırmışam.

Özünüz xaricə gedərkən turlamı gedirsiz yoxsa adi qaydayla?

Adi qaydayla gedirəm təbiiki aksiyalar olan zaman fürsəti əldən buraxmıram.Bəzən özüm turist olmağa can atıram

Sizcə səyahət edərkən maddiyatmı önəmli yoxsa rahatlıqmı?
Maddiyyat olmasa əlbətdə ki,rahatlığımızda olmaz.Çünki maddiyata əsaslanaraq səyahət ediləcək ölkə,otel,ölkədə keçirdiyiniz günlərin sayı ve ən əsası bir başa uçuş seçilir.Ona görədə Today Travel ilə,hər imkana uyğun səyahət seçmək asan və əlverişlidir.

--Ən sevdiyiniz xarici ölkə və səbəbi?
Sevdiyim və səyahət etmək üçün hazırlaşdığım ölkə İtaliyadır.Ölkənin klassik üslubu məni heyran edir.Həmdə fotoqraf olduğum üçün inanıram ki,gözəl mənzərələr məni gözləyir.

--Səyahət edərkən yanınızda olmazsa olmaz dediyiniz əşya?
Fotoaparat,kompas(ibadət əhli olduğum üçün qiblənin hansı tərəfdə yerleşdiyini tapmaq üçün),pul qabı ve xarici pasport

Ən sonda insanlar niyə sizin turlardan istifadə etməlidir bu qədər seçim müxtəlifliyi varkən və yeni il öncəsi kampaniyalar təşkil etmisinizmi?

Seçim azaddır əlbətdə ki, Azərbaycanda turizm şirkətlərinin sayı çoxdur.Today Travel geniş profilli,tam hüquqi turizm şirkətidir və insanlarıda cəlb etmək üçün onların güvənini qazanmaq bizim ilk hədəfimizdir.İlk vətəndaş olaraq daha sonra turizimçi olaraq məsləhət verərdim ki,daxili və ya  xarici turlar aldığınız zaman ancaq lisenziyası olan şirkətlərə müraciət edin."Yeni il" üçün bu ilki statistikaya əsaslanaraq deyə bilərəm ki,həmvətənlilərimiz səyahət üçün Dubay,İstanbul,Ukrayna və Rusiya kimi ölkələrinə daha çox müraciət edib.Hal hazırda da bayram kompaniyalarımız davam edir həm xarici həmdə daxili turizm üçün.Aksiyaları rəsmi facebook və instagram hesabımızda tez-tez bölüşürük.
   
 

Şirkətin facebook adresi- https://www.facebook.com/TodayTravell/
Əlaqə nömrəsi üçün buyurub müraciət edə bilərsiniz -077 507 63 02

Aysun