•  – Prezident icra başçısı ilə bağlı SƏRƏNCAM İMZALADI 
  •  – Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM 
  •  – Deputatlar şərabla bağlı təklif irəli sürdülər: "Şadlıq saraylarında..." 
  •  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 

Azərbaycanda DƏHŞƏTLİ OLAY: 21 yaşlı oğlanın qulağını kəsdilər - TƏFƏRRÜAT - YENİLƏNDİ

ovuz rayonunda baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, Alakol kəndində “Abidə” adlanan ərazidəki kafenin qarşısında kənd sakini, 42 yaşlı Azər Məmmədovla 21 yaşlı Elşən Ələsgərovun müxtəlif dərəcəli xəsarətlər alması ilə nəticələnən hadisə mübahisə zəminində baş verib.

Belə ki, Şəmkirdən həmin kəndə köçən E.Ələsgərov yerli sakinlərin onu ələ salmasına dözməyərək mübahisə edib. Mübahisə zəminində A.Məmmədov Elşəni döyüb, həmçinin bıçaqla qulağının bir hissəsini kəsib. Buna dözməyən E.Ələsgərov evə qaçaraq bıçaq gətirib və qulağını kəsən şəxsə çoxsaylı zərbələr endirib.

Hazırda hər iki şəxs Tovuz rayon Mərkəzi Xəstəxanasında müalicə olunur. Həkimlər E.Ələsgərovun vəziyyətinin stabil, A.Məmmədovun isə ağır olduğunu bildiriblər.

Araşdırma aparılır.


***

Tovuz rayonunda dava olub.

Hadisə rayonun Alakol kəndində baş verib.

Kənd sakini, 1997-ci il təvəllüdlü Ələsgərov Elşən Rövşən oğlu kənd ərazisində döyülüb.

Hadisə nəticəsində E.Ələsgərovun sağ qulağının arxa hissəsi kəsilib.

Yaralı xəstəxanaya gətirilib və tibbi yardım göstərilib.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube