•  – Prezident icra başçısı ilə bağlı SƏRƏNCAM İMZALADI 
  •  – Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM 
  •  – Deputatlar şərabla bağlı təklif irəli sürdülər: "Şadlıq saraylarında..." 
  •  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 

Bakıda Pakistan vətəndaşının evindən külli miqdarda pul və qızıl oğurlandı - FOTO

Sabunçu rayonunda yaşayan Pakistan vətəndaşı olan bir qadın evindən naməlum şəraitdə 3400 manat, 5000 ABŞ dolları, 90000 Pakistan rupisi və 10000 manat dəyərində qızıl əşyalar oğurlandığı barədə 12-ci Polis Şöbəsinə məlumat verib.

BiG.AZ bildirir ki, bu barədə Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, şöbəyə məlumat daxil olan kimi zərərçəkənin izahatı alınıb və dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlanılıb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qurban Məhərrəmov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Q.Məhərrəmov zərərçəkənin qonşuluğunda yerləşən məhəllədə yaşayır. Bu səbəbdən o, ev sahibinin mənzilə gəlib-getmə vaxtını əvvəlcədən bilib. Hadisə günü saxlanılan şəxs zərərçəkənin evdə olmadığına əmin olandan sonra oğurluq məqsədi ilə mənzilə daxil olub.


Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa şəxslər varsa, Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat verə bilərlər.

Bakıda Pakistan vətəndaşının evindən külli miqdarda pul və qızıl oğurlandı - FOTO
Bakıda Pakistan vətəndaşının evindən külli miqdarda pul və qızıl oğurlandı - FOTO
Bakıda Pakistan vətəndaşının evindən külli miqdarda pul və qızıl oğurlandı - FOTO
Оставить комментарий
Люди кому интересно нашла отличный торрент плеер Kino-Torrent версия PRO Все фильмы, сериалы и мультфильмы в одной программе - просмотр и скачивание. Бесплатно и без рекламы. Быстрый поиск по всему рунету. Обновления фильмов точно в день выхода в кинотеатрах. Сегодня добавленно: "Мег: Монстр глубины" "Днюха!" "Mamma Mia! 2" Скачать Kino-Torrent версии стандарт можно с офф сайта: KinoTorrentSetup Скачать Kino-Torrent версии PRO (Nulled) можно здесь: KinoTorrentPro
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube