•  – Ağcabədidə yeni məktəb binasının tikintisinə 1 milyon manat ayrılıb 
  •  – "Nazir olmaq istəmirdim, amma..." - Misir Mərdanov 
  •  – Prezident sərəncam imzaladı 
  •  – Səhiyyə Nazirliyi tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasətini və dövlət nəzarətini həyata keçirəcək 

Xınalıq yolunda qar uçqunu oldu

Quba-Xınalıq yolunda qar uçqunu baş verib.
Azərtac xəbər verir ki, dekabrın 15-i günün ikinci yarısında qar uçqunu səbəbindən yol bir müddət bağlanıb. "Azəravtoyol" ASC-nin yerli idarəsinin ağır texnikası və canlı qüvvəsinin köməyi ilə ərazidə təxirəsalınmaz tədbirlər görülüb. Yola tökülən qar təmizlənərək avtomobillərin hərəkəti təmin olunub.
İdarənin sahə rəisi Bilal Sultanov bildirib ki, qar uçqunu yolun 36-cı kilometrliyində qeydə alınıb. Yolun həmin hissəsi qayalıq ərazidən keçdiyindən küləkli hava şəraitində qar uçqunlarının baş vermə ehtimalı var. Bununla əlaqədar növbətçi briqadalar yola nəzarət edir.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube