•  – Ağcabədidə yeni məktəb binasının tikintisinə 1 milyon manat ayrılıb 
  •  – "Nazir olmaq istəmirdim, amma..." - Misir Mərdanov 
  •  – Prezident sərəncam imzaladı 
  •  – Səhiyyə Nazirliyi tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasətini və dövlət nəzarətini həyata keçirəcək 

Prezident futbolçu üçün orqan mafyasından qaraciyər aldı - ŞOK DETALLAR - FOTO

2007-2013-cü illərdə “Barselona”da forma geyinən məşhur futbolçu, 2017/2018 mövsümündə UEFA-nın səfiri olan Erik Abidal haqqında şok iddia yayılıb.
Shefeq.az publika.az-a istinadən xəbər verir ki, İspaniya mətbuatında yayılan xəbərə görə, “Barselona” klubunun keçmiş prezidenti Sandro Rozel futbolçu üçün qanunsuz yollarla (orqan mafyası vasitəsilə) orqan nəqli təşkil edib.

Erik Abidal qaraciyər xərçəngindən əziyyət çəkib. Onun yaxşılaşması üçün tələb edilən qaraciyər isə orqan mafyasından alınıb. Klub prezidenti bunun üçün 4 ayrı telefon danışığı aparıb. Hadisənin detalları hazırda sabiq prezidentin çirkli pulları yumaqda ittiham edilərək açılan istintaq prosesi sayəsində üzə çıxıb. Halbuki, Abidalın sağalması üçün lazım olan orqanın Fransada yaşayan bir qohumu tərəfindən verdiliyi açıqlanmışdı.

Hadisə haqqında açıqlama verən Sandro Rozelin vəkili mövzu ilə bağlı bilgilərinin olmadığını deyib və hadisənin reallığa uyğun olmadığını bildirib.

“Barselona” da “Sport” qəzetinə verdiyi açıqlamada Abidalla bağlı yayılan məlumatların şayiə olduğunu bildirib.

Qeyd edək ki, keçmiş prezident Sandro Rozel haqqında əvvəllər də bir neçə dəfə həbs cəzası tələb edilmişdi. 3,5 il öncə rekord səs sayı ilə “Barselona”nın başına keçən Sandro 2014-cü ildə Neymar transferindəki qanunsuzluq iddialarından sonra istefa vermişdi.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube