•  – Prezident icra başçısı ilə bağlı SƏRƏNCAM İMZALADI 
  •  – Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM 
  •  – Deputatlar şərabla bağlı təklif irəli sürdülər: "Şadlıq saraylarında..." 
  •  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 

Azərbaycanda ağır yol qəzası baş verdi, səhiyyə işçiləri xəsarət aldı

Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Hadisə rayonun Qızılhacılı kəndinə gedən yolda baş verib. Rayon xəstəxanasının stomatoloq həkimi, 1985-ci il təvəllüdlü Musayev Orxan Əli oğlu idarə etdiyi "Lada Priora" markalı avtomobillə hərəkətdə olarkən başqa bir "VAZ" markalı avtomobil onun maşınına çırpılıb.

Qəza zamanı "Lada Priora" yolun kənarında olan işıq dirəyinə çırpılıb. Nəticədə sürücü O. Musayev və Naftalan təcili tibbi yardım stansiyasının işçisi 1984-cü il təvəllüdlü Balacayev Həsən xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.(apa)
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube