•  – Prezident icra başçısı ilə bağlı SƏRƏNCAM İMZALADI 
  •  – Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM 
  •  – Deputatlar şərabla bağlı təklif irəli sürdülər: "Şadlıq saraylarında..." 
  •  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 

Aparıcı Azərin yalanı üzə çıxdı: Oğlu olmayıb, xanımından isə boşanıb - FOTOLAR

Aparıcı Azərin yalanı üzə çıxdı: Oğlu olmayıb, xanımından isə boşanıb - FOTOLAR
Bir neçə gün əvvəl aparıcı Azər İsmayılov oğul övladı olması ilə bağlı xəbər yayıb.

O, İnstaqram səhifəsində körpə uşaqla videosunu paylaşaraq “Mənim ürəyim, həyatda uğurum. Dilək qızımın qardaşı ona uğur gətirsin. Uğurun Diləkləri həyata keçsin” sözlərini deyib. Azər paylaşımındakı şərh hissəsini də bağlayıb. 

Əldə etdiyimiz məlumata görə, Uğur Azərin öz övladı yox, bacısının oğludur. Hətta Azər ikinci həyat yoldaşı Nəcibə xanımla da bu yaxınlarda ayrılıb.
Qeyd edək ki, A.İsmayılov aparıcı Vüsalə Əlizadə ilə evlənib. Cütlük 2013-cü ildə ayrılıb. Onların bu nikahdan Dilək adlı qız övladı var.

Azər 2016-cı ildə Nəcibə adlı xanımla ailə qurmuşdu. 

Son günlər isə A.İsmayılov sosial şəbəkədə keçmiş həyat yoldaşı Vüsalə ilə bağlı paylaşımlar edirdi. Onun bu addımı sosial şəbəkədə də müzakirə olunmuşdu. İzləyicilər Azərin xanımından ayrıldığını və buna görə Vüsalə ilə bağlı paylaşımlar etdiyini yazırdı. 

Aparıcının bu paylaşımlarına qarşı tərəf sərt reaksiya vermiş və onlar arasında qalmaqal yaşanmışdı.

mənbə: axşam.az
Aparıcı Azərin yalanı üzə çıxdı: Oğlu olmayıb, xanımından isə boşanıb - FOTOLAR
Aparıcı Azərin yalanı üzə çıxdı: Oğlu olmayıb, xanımından isə boşanıb - FOTOLAR
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube