•  – Ağcabədidə yeni məktəb binasının tikintisinə 1 milyon manat ayrılıb 
  •  – "Nazir olmaq istəmirdim, amma..." - Misir Mərdanov 
  •  – Prezident sərəncam imzaladı 
  •  – Səhiyyə Nazirliyi tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasətini və dövlət nəzarətini həyata keçirəcək 

Faciəvi yanğında diri-diri yanan xəstələrin ayaqları bağlı olub? - AÇIQLAMA

 Bu gün saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib.

Yanğınla bağlı bir çox söyləntilər istər yaxınları yanan insanları, istərsə də digərlərini ciddi şəkildə narahat edir. Belə ki, yayılan bəzi məlumatlara görə 25 nəfərin yanmasına səbəb həmin xəstələrin yatdığı palatanın qapılarının bağlı olması, bəzi məlumatlarda isə xəstələrin ayaqlarının çarpayıya bağlı olduğu üçün yandıqları bildirilir. 

Bununla bağlı BiG.AZ əməkdaşına danışan Respublika Narkoloji Mərkəzinin əməkdaşı yayılan məlumatları təkzib edib və xəstələrin yatdığı üçün yanğından xilas ola bilmədiklərini bildirib: 

"Yayılan məlumatlar əsassızdır. Bu yananların ailələrinə və digər insanlara narahatlıq yaşatmaqdan başqa bir şey deyil. Qapılar bağlı olmayıb, eləcə də xəstələrin ayaqları çarpayıya bağlanmayıb. Sadəcə olaraq yanğın gecə saatlarında, səhərə yaxın baş verdiyinə görə xəstələr yanğına yatılı yaxalanıblar və xilas ola bilməyiblər". 
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube