•  – Prezident icra başçısı ilə bağlı SƏRƏNCAM İMZALADI 
  •  – Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM 
  •  – Deputatlar şərabla bağlı təklif irəli sürdülər: "Şadlıq saraylarında..." 
  •  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 

Ukraynada daha bir azərbaycanlı gənc oğurlandı

Ukraynanın Xarkov şəhərində azərbaycanlı iş adamı Elşən Bağırovun 21 yaşlı oğlu naməlum şəxslər tərəfindən oğurlanıb. 


Shefeq.Az report-a istinadən xəbər verir ki, Donetsk vilayətinin Ukraynanın nəzarətində olan hissəsində yaşayan azərbaycanlı iş adamının oğlu Xarkova dostları ilə gəzməyə gələrkən oğurlanıb.


İş adamından oğlunun azad olunması üçün külli miqdarda pul tələb olunur. E. Bağırov Donetsk və Xarkovda bir neçə restoranın sahibidir.


Xatırladaq ki, son bir ildə Ukraynada 20-dən çox azərbaycanlı iş adamı, yaxud da övladları oğurlanıb. Onların əksəriyyəti ailələrinin ödədiyi pul müqabilində azad olunub. Azərbaycanlıları bununla bağlı Ukrayna hüquq mühafizə orqanlarına müraciət etsələr də, oğurluqları həyata keçirənlərdən indiyə qədər heç kim aşkarlanmayıb. 

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube