22-11-2016, 15:37

İstanbuldakı plastik məhsulların istehsal olunduğu zavodda baş verən güclü yanğını ram etmək hələ ki, mümkün olmayıb.


Shefeq.az-ın məlumatına görə, təqribən 3 saat əvvəl başlayan yanğın 3 mərtəbəli zavodu tamamilə bürüyüb. Yanğının əmələ gətirdiyi qatı tüstünü bir neçə kilometr məsafədən müşahidə etmək mümkün olub.


Əraziyə cəlb edilən yanğınsöndürənlər, alovun qarşısını almaq üçün mübarizə aparır. Bildirilir ki, hadisə zaman binada olan bütün işçilər təxliyyə edilib. Təhlükə səbəbiylə yaxınlıqda yerləşən məktəbdə tətil elan edilib. Hadisənin səbəbləri araşdırılır.


loading...