Bölmə: Kriminal / Manşet / Hadisə
Baxış sayı: 10
11-08-2017, 21:06

Qazax Rayon Polis Şöbəsinə rayon ərazisindəki mağazalardan birindən xeyli sayda mobil telefon oğurlanması barədə məlumat daxil olub

ARB TV xəbər verir ki, yaradılan əməliyyat qrupu hadisə yerinə gələrək oranı müayinə edib, müvafiq araşdırmalar aparılıb.

Qarət edilən obyektin sahibi polisə izahatında mağazadan satış üçün nəzərdə tutulan və təmirə gətirilmiş ümumilikdə 45 ədəd mobil telefonun, həmçinin eyni sayda sim nömrələrin və 1 ədəd noutbukun oğurlandığını bildirib.

Əməliyyat tədbirləri ilə hadisənin Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Alıyev tərəfindən törədildiyi müəyyən edilib. Həmin şəxs saxlanılaraq polis şöbəsinə gətirilib. Oğurlanan mobil telefonlardan biri də onun üzərindən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Araşdırmalar nəticəsində məlum olub ki, Elçin Alıyev bir müddət əvvəl gəzmək üçün Qazaxa gəlib və özünü tələbə kimi təqdim edərək şəhər ərazisində kirayədə yaşayıb. Saxlanılan şəxs istintaqa ifadəsində digər telefonları və noutbuku paytaxt ərazisində satdığını bildirib.

Fakt üzrə araşdırmalar davam etdirilir.


shefeq.az