•  – Peter Pelleqrini Azərbaycanda: rəsmi səfər 
  •  – Nazir: "Azərbaycan ümid edir ki, Bolqarıstan-Yunanıstan qaz bağlantısı layihəsi tezliklə həyata keçiriləcək" 
  •  – Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv etdilər 
  •  – Özlərini apara bilməsələr..." - Deputatlara tətbiq edilən qadağalar genişləndirilir 

Keçmiş məhkumun öldürdüyü şəxsin kimliyi bilindi: ““Şöhrət” ordenli neftçi idi” – VİDEO

Bakıda 66 yaşlı kişini öldürdülər

ARB TV xəbər verir ki, paytaxtın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 2 gün əvvəl törədilmiş qətlin üstü açılıb.

İyulun 10-da Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 82 saylı binada 66 yaşlı Yuriy Barışovun üzərində xəsarətlər olan meyiti aşkar olunub.

Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin kimliyi bəlli olub. Əvvəllər quldurluq cinayətinə görə məhkum olunmuş Hüseyn Akayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Mərhumun qonşularından əldə olunan məlumata görə, Yuriy Borışov neft sahəsində çalışıb və onun indiyədək heç kəslə ədavəti olmayıb.

Məmməd Nuriyev (qonşu): "Qətlə yetirilən şəxs tək yaşayırdı. Sakit adam idi. Heç kimlə işi yox idi. Çox gümrah idi, balıq tutmağa gedirdi. Neft sahəsində çalışırdı, “Şöhrət” ordeni də olub".

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Zəruri istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri davam etdirilir.


shefeq.az

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube