•  – Peter Pelleqrini Azərbaycanda: rəsmi səfər 
  •  – Nazir: "Azərbaycan ümid edir ki, Bolqarıstan-Yunanıstan qaz bağlantısı layihəsi tezliklə həyata keçiriləcək" 
  •  – Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv etdilər 
  •  – Özlərini apara bilməsələr..." - Deputatlara tətbiq edilən qadağalar genişləndirilir 

Keçmiş arvadının evini yandıran ər: Davay dasvidaniya! – VİDEO

Sumqayıtda ev sahibəsinin keçmiş həyat yoldaşı ehtiyatsızlıqdan yanğın törədib

Shefeq.az ARB TV-yə istinadən xəbər verir ki, Sədaqət Hüseynovaya məxsus birmərtəbəli 8 otaqdan ibarət yaşayış evi taxta konstruksiya və əşyaları ilə birlikdə yanıb. 

Ev sahibəsinin bildirdiyinə görə, hadisəyə səbəb keçmiş həyat yoldaşı Daşqın Hüseynovun sərxoş vəziyyətdə evdə şam yandıraraq yatması olub. Yanan şam aşaraq yastığın üzərinə düşüb od oradan yayılmağa başlayıb. Sərxoş ər evi ağuşuna alan alova müdaxilə etmək əzmində olmayıb.

Daşqın Hüseynov isə məsələyə belə münasibət bildirib:

“Şam aşıb evi od tutub. Vəssalam. Axşam içkili olmuşam. Mən ömür boyu içkili oluram. Düzün danışacam. Ayıq olmuram. Nətərdi?! Davay dasvidaniya”.

Hadisə ilə bağlı araşdırma aparılır.


shefeq.az

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube