•  – Prezident icra başçısı ilə bağlı SƏRƏNCAM İMZALADI 
  •  – Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM 
  •  – Deputatlar şərabla bağlı təklif irəli sürdülər: "Şadlıq saraylarında..." 
  •  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 

Bakıda dayısı evindən oğurluq edən qadın tutulub - VIDEO

Shefeq.az Xezerxeber.az-a istinadən məlumatına görə, hadisə Nərimanov rayonu ərazisindəki mənzillərin birində qeydə alınıb.
Rayon sakini Lalə İspəndiyarova polisə müraciət edərək, evindən 12500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Hadisə zərərçəkən şəxs ailə üzvləri ilə birgə Sabirabad rayonunda olan zaman baş verib. Dərhal Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nərmin Mustafayeva və Əli Nəbiyev saxlanılıblar. Məlum olub ki, oğurluq edən şəxslər mənzilə dəhlizdəki pəncərənin şüşəsini qıraraq daxil ola biliblər.

Hadisənin baş verdiyi mənzil cinayəti törətməkdə şübhəli bilən Nərmin Mustafayevanın dünyasını dəyişən dayısına məxsus olub.


Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube