•  – Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq 
  •  – Baş nazir icra başçılarına çağırış etdi 
  •  – Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub 
  •  – Bu həftə yeni çağırış Milli Məclis ilk iclasına toplanacaq 

Azərbaycanda dəhşətli qətl: Gənc oğlanın meyiti kanaldan tapıldı

Tovuz rayonunda qətl hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Abulbəyli yaşayış massivində qeydə alınıb.

Rayonun Bozalqanlı kənd sakini, 1992-ci il təvəllüdlü Mehdiyev Elnur Valeh oğlu Abulbəyli kənd sakini, 1984-cü il təvəllüdlü Sultanov Aftandil Mahir oğlunun həyətindəki mağazaya oğurluğa girib.

A.Sultanov mağazadakı kamera vasitəsilə onu görüb və evdən bıçaq götürərək mağazaya gəlib. A.Sultanov mağazanın giriş qapısında E.Mehdiyevlə rastlaşıb və onlar arasında əlbəyaxa dava olub.


Dava zamanı A.Sultanov əlindəki bıçaqla E.Mehdiyevin ürəyindən bir-neçə bıçaq zərbəsi vurub. E.Mehdiyev oradan uzaqlaşa bilib. O, rayonun Ə.Cavad küçəsi istiqamətində qaçıb.

Səhər saatlarında E.Mehdiyevin meyiti Ə.Cavad küçəsindəki kanaldan tapılıb.

A.Sultanov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.


  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube