•  – Baş nazir icra başçılarına çağırış etdi 
  •  – Bu həftə yeni çağırış Milli Məclis ilk iclasına toplanacaq 
  •  – VI çağırış Milli Məclisin deputatları - SİYAHI 
  •  – Türkiyə və Fransa Pezidentlərinin telefon danışığı olub 

Keçmiş nişanlısının ərinin qətlini sifariş verdi

Türkiyənin Antalya şəhərində bir sahibkar arvadının keçmiş nişanlısı tərəfindən ölümcül döyülüb.

“Demirören Haber Ajansı”nın (DHA) yaydığı məlumata görə, 39 yaşlı Mehmet Gülayın motosiklet qəzası zamanı yaralanaraq öldüyü bildirilib.

Sonradan məlum olub ki, M.Gülay arvadı Əminə Gülayın keçmiş nişanlısı Erol G. üç nəfərə pul verərək Mehmet Gülayı döydürüb. Xəstəxanaya çatdırılsa da, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Erol G. Fransada bir qadınla evli olsa da, keçmiş nişanlısı ilə əlaqə saxlayıb.

Əminə Gülay ərinin onu döydüyünü və xəyanət etdiyini Erol G.-ya deyib.

Bundan sonra Erol G. Əminəni Aksaray şəhərinə aparıb. On gün sonra Əminə Gülay evinə qayıdıb. İstintaq prosesində Əminə Gülay da nəzarətə götürülüb.

Əminə Gülay və Mehmet Gülayı döyən üç kişi “qəsdən adam öldürmə” ittihamı ilə həbs olunublar. Qətlin sifarişçisi Erol G. tutulub.(oxu)
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube