•  – Prezident SƏRƏNCAM imzaladı 
  •  – Gülər Əhmədovanın deputatlığa namizədliyi qeydə alınmayıb 
  •  – Bu ay pensiyalar yenidən artırılacaq - Nazir AÇIQLADI 
  •  – 20 Yanvar əlillərinə birdəfəlik maddi yardım ayrılıb 

Bakı sakini Qubada adam bıçaqladı

Quba sakinini bıçaqlayan keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BiG.AZ-a verilən məlumata görə, rayonun Digah kənd sakini Coşqun Həsənbəyovun bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarəti ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.


Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirən Bakı şəhər sakini, əvvəllər narkotik maddələrin satışı ilə məşğul olduğu üçün həbs olunmuş 44 yaşlı Rəşad Aydəmirov saxlanılıb.

O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, C.Həsənbəyova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube