•  – Prezident SƏRƏNCAM imzaladı 
  •  – Gülər Əhmədovanın deputatlığa namizədliyi qeydə alınmayıb 
  •  – Bu ay pensiyalar yenidən artırılacaq - Nazir AÇIQLADI 
  •  – 20 Yanvar əlillərinə birdəfəlik maddi yardım ayrılıb 

Bakıda taksi sürücüsünü vəhşicəsinə öldürdülər – 6 NƏFƏR TUTULDU

Bakıda taksi sürücüsünü vəhşicəsinə qətlə yetirən şəxslərin məhkəməsi başlayır.

News24.az-ın məlumatına görə, Ədalət Əliyev adlı sürücünün Suraxanıda öldürülməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. İşə hakim Samir Əliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, qətl hadisəsinə görə 6 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Belə ki, Tərlan Məmmədov, Azər Mustafayev, Anar Ağabalayev, Rinad İmsayılov, Emin Cəfərzadə, Əyyub Cabbarov təqsirləndirilən şəxs qismində tanınıb. Hadisəyə gəlincə, keçən ilin iyun ayının 7-də Bakıda taksi sürücüsü qətlə yetirilib. Saat 18:00 radələrində Qaraçuxur qəsəbəsində “Mercedes” markalı avtomobildən 33 yaşlı Əliyev Ədalət Ələkbər oğlunun meyitinin tapılıb.


İlkin məlumata görə, Ə.Əliyev baş nahiyəsinə küt alətlə endirilmiş zərbə nəticəsində dünyasını dəyişib. Qətl meyit aşkarlanmazdan bir gün əvvəl törədilib.

İyunun 10-da 32-ci Polis Bölməsi və Suraxanı rayon Polis İdarəsinin əməkdaşları qətli törətməkdə şübhəli bilinən 37 yaşlı paytaxt sakini Cəfərzadə Emin İldırım oğlu və 36 yaşlı Mustafayev Azər Adil oğlunu saxlayıb.

Onlar Ə.Əliyevə çoxsaylı bədən xəsarətləri yetirib. Sonradan cinaytdə iştirak edən daha 4 nəfər tutulub.

Qətlə yetirilən Ə.Əliyev icarəyə götürdüyü avtomobillə sərnişin daşıyıb. Onun hansı səbəbdən öldürülməsi məlum deyil.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube