Bölmə: Kriminal / Hadisə
Baxış sayı: 104
11-01-2017, 10:05

Fövqəladə Hallar Nazirliyi (FHN) Qaradağ rayonu, Səngəçal qəsəbəsində magistral qaz kəmərində baş verən partlayışla bağlı açıqlama yayıb

Shefeq.az FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qaradağ rayonu, Səngəçal qəsəbəsində diametri 1000 mm olan Səngəçal Baş Qurğuları - Qazıməmməd magistral qaz kəmərində partlayış baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. SOCAR-ın mütəxəssisləri tərəfindən xəttə verilən qaz alternativ kəmərə keçirilib və xətt istismardan təcrid olunub. Təhlükəsizlik məqsədilə qəza aradan qaldırılana kimi yanğın bölmələri hadisə yerində növbə çəkiblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.