Bölmə: Kriminal
10-01-2017, 14:03

Azərbaycan qadınlarını Türkiyəyə aparaq cinsi istismara məruz qoyan şəxs tutulub


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Shefeq.az-a verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Aygün Xankişiyevanın 2016-cı ilin fevral-aprel ayları ərzində qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib. Həyata keçirilmiş tədbirlərlə o, tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

loading...