•  – Rəhim Qazıyevdən Elçibəyə sui-qəsd ittihamına CAVAB: “Pənah Hüseyn özünü bu hökumətə sırımaq üçün...” 
  •  – Novruz Məmmədov bağçalarla bağlı qərar verdi - artıq uşaq götürülməyəcək! 
  •  – 11 min nəfərə ŞAD XƏBƏR - Prezident 7,8 milyon manat ayırdı 
  •  – Sərhədçilərimiz helikopterlə Keşikçidağa endilər – Gürcü keşişlər ərazidən qovuldu – FOTOLAR 

"Səhər tezdən döydü, qayçı ilə saçımı kəsdi..." – Azərbaycanda qısqanc ərin şok əməlləri

Abşeron rayonunda arvadına işgəncə verməkdə ittiham olunan Gədəbəy rayon sakini, 1981-ci il təvəllüdlü Elfaq Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Shefeq.az teleqraf.com-a istinadən xəbər verir ki, Elfaq Quliyev 2012-ci ildə arvadı Nazilə Kərimova ilə rəsmi qaydada boşanıb.

O, 2018-ci ilin sentyabrında keçmiş arvadı ilə barışıb və onunla Xırdalan şəhərində mənzillərdən birində yaşamağa başlayıb.

Birgə yaşadıqları müddətdə Elfaq Quliyev mütəmadi olaraq qısqanclıq zəminində onunla mübahisə edib. Arvadını daim döyüb və ona zorakı hərəkətlər edib.

Ərinin əzab verməsinə dözməyən Nazilə Kətrimova hüquq-mühafizə orqanlarına müraciət edib. Polis Elfaq Quliyevi həbs edib.

İstintaq orqanı tərəfindən Elfaq Quliyevin barəsində Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə ittiham elan edilib.


Abşeron rayon Məhkəməsinin hökmü ilə Elfaq Quliyev 1 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Elfaq Quliyev apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib. Bildirib ki, onun törətmiş olduğu əməli tam araşdırılmayıb. İstintaq orqanı zərərçəkmiş və onun anasının ifadəsinə istinad edərək ona ittiham verib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nazilə Kərimova bildirib ki, Elfaq Quliyev ona daim işgəncə verib, onu öldürməklə hədələyib: “Oktyabrın 3-də Elfaq məni vəhşi kimi döydü, ertəsi gün yuxudan oyananda yenə də məni döydü. Sonra qayçı ilə saçlarımı kəsdi”.

Nazilə Kərimova təqsirləndirilən şəxsin apelyasiya şikayətinin təmin olunmamasını istəyib.

Sumqayıt Apelyasiya Məhkəməsində hakim Məhəmmədəli Rzayevin sədrlik etdiyi kollegiyada apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, apelyasiya şikayəti qismən təmin edilib və Abşeron rayon Məhkəməsinin hökmü dəyişdirilib.

Elfaq Quliyevin cəzası 1 il 2 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunub. Məhkəmə zalından azadlığa buraxılan Elfaq Quliyevin Xırdalan və Bakı şəhərlərindən kənara çıxmamaq barədə qərar qəbul edilib.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube