•  – Heydər Əliyevin hakimiyyətə gəlməsindən 50 il ötür 
  •  – XİN Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı AÇILQLAMA YAYDI 
  •  – "Dövlət bayrağı haqqında" qanuna dəyişiklik edilir 
  •  – Prezident daha bir Xalq artistinə mənzil hədiyyə etdi - FOTO 

Paytaxtda narkotacir tutuldu - FOTO

Paytaxtın Nizami rayonunda narkotacir polislər tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıblar.
Əməliyyat zamanı əvvəlcə Bakı şəhər sakini Firuz Mehdizadə İbrahim Cəfərovun 242 manat pulunu bankomat kartından oğurladığı üçün polislər tərəfindən tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,185 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb. F.Mehdizadə ifadəsində heroini Nizami rayonu Keşlə qəsəbəsində yaşayan Gündüz adlı narkotacirdən aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum edilmiş Gündüz Tahirov da bölmə əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim edilib. Onun yaşadığı evə baxış zamanı 3,550 qram heroin, 5 kiloqram 10 qram qurudulmuş marixuana, müxtəlif növ psixotrop dərmanlar, 10 ədəd kultivasiya edilmiş çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube