Bölmə: Kriminal / Hadisə
Baxış sayı: 34
5-01-2017, 10:14

Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib


Daxili İşlər Nazirliyindən Shefeq.az-a verilən məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbəsində rayon sakinləri Mübariz Bağırovun idarə etdiyi “Seat” markalı avtomobil Rövşən Əmənovun idarə etdiyi “VAZ-2107” ilə toqquşub.

Nəticədə R.Əmənov və sərnişinlərindən həmkəndlisi Təhminə Haxıyeva hadisə yerində ölüb, digər sərnişini və M.Bağırov isə xəstəxanaya yerləşdiriliblər.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.