•  – Ağcabədidə yeni məktəb binasının tikintisinə 1 milyon manat ayrılıb 
  •  – "Nazir olmaq istəmirdim, amma..." - Misir Mərdanov 
  •  – Prezident sərəncam imzaladı 
  •  – Səhiyyə Nazirliyi tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasətini və dövlət nəzarətini həyata keçirəcək 

Bakıda dəfələrlə oğurluq törədən hamilə qadın yaxalandı

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları Səbail RPİ-si tərəfindən axtarışa verilən qadını həbs edib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Gülnarə Novruzova oğurluq cinayəti törətdiyinə görə axtarışda olub. Belə ki, ötən ilin mart ayında Səbail Rayon Polis İdarəsi 39-cu polis bölməsi əməkdaşları tərəfindən rayon ərazisindəki gözəllik salonlarından birindən 80 manat pul oğurlamaqda şübhəli bilinən 1995-ci il təvəllüdlü Tovuz rayon sakini Gülnarə Novruzova tutulub.

Əvvəllər məhkum olunmuş Gülnarə Novruzova bu cinayətə kimi dəfələrlə oğurluq üstündə tutulsa da, hamilə olduğundan onun barəsində həbs qətimkan tədbiri seçmək mümkün olmayıb.

Gülnarə Novruzova isə oxşar əməllərə görə dəfələrlə tutulub. Belə ki;
Nərimanov Rayon Polis İdarəsi 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində bu il martın 9-da Bakı şəhər sakini Kövsər Babayevin içərisində 300 manat və 5 ABŞ dolları, habelə qızıl və gümüş əşyalar olan çantasını oğurlamaqda şübhəli bilindiyinə görə tutulub;

Həmçinin Xətai Rayon Polis İdarəsi 34-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2016-cı il dekabrın 17-də Bakı şəhər sakini Mehriban Fətəliyevanın evindən 5000 manat pul oğurlamaqda şübhəli bilindiyinə görə tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Binəqədi rayonu ərazisində daha 1 evdən qızıl əşyalar oğurlaması da müəyyən edilib;
Nəsimi Rayon Polis İdarəsi 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2016-cı ilin noyabrın 23-də H.Seyidzadə küçəsində Elnarə Babayevanın evindən mobil telefon, 1 ədəd qızıl bilərzik və 229 manat pul oğurlamaqda şübhəli bilinən, evdə kirayədə yaşayıb özünü Nigar kimi təqdim etmiş həmin Gülnarə Novruzova tutulub;

Bunlarla yanaşı Bakı şəhər sakini Zəminə Muxtarova Nəsimi Rayon Polis İdarəsi 22-ci polis bölməsinə müraciət edərək noyabrın 8-də rayon ərazisindəki mənzilində kirayədə yaşayan Gülnarə adlı şəxsin ona məxsus 2000 manat dəyərində qızıl əşyalarını oğurlamasını bildirib. Əvvəllər məhkum olunmuş Gülnarə Novruzova bu dəfə də Nəsimi Rayon Polis İdarəsi 22-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinərək saxlanılıb;

Yasamal Rayon Polis İdarəsi 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə ötən il noyabrın 2-də paytaxt sakini Xədicə Mustafayevaya məxsus çantadan 550 manat pul oğurladığı müəyyənləşdirilib və əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Bütün bunlara baxmayaraq, yuxarıda qeyd edildiyi kimi, Gülnarə Novruzova hamilə olduğu üçün, müvafiq qanunvericilik qaydalarına uyğun olaraq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi mümkün olmur.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube