Baxış sayı: 972
11-10-2017, 09:52
Ata oğlunu ölümün caynağından qurtardı, özü isə öldü.

Shefeq.az BiG.AZ-a istinadla xəbər verir ki, hadisə Türkiyənin İzmir bölgəsində baş verib. Belə ki, İzmir avtomobil yolunun 6-cı kilometrliyində 82 yaşlı Ceyran Kırat 40 yaşlı zehni çatışmazlığı oğlu Erdem Kiratla yolun digər tərəfinə keçmək istəyib. Zehni çatışmazlığı olan Erdemin gözlənilmədən avtomobillərin sürətlə şütüyü yola doğru hərəkət etdiyini görən ata oğlunu ölümün caynağından qurtarmaq istəyərkən həyatını itirib.

Çanaqqala istiqamətində hərəkət edən avtomobil Ceyran Kiratı vurub və ata hadisə yerindəcə dünyasını dəyişib.

Baş verən hadisəylə bağlı polis tərəfindən araşdırma aparılır.
Video üçün buraya klikləyin​​​
H.X.