Baxış sayı: 46
27-09-2017, 21:58

Ötən gün Rusiya özünün “Topol-M” qitələrarası ballistik raketini sınaqdan keçirib.

Shefeq.az Virtualaz-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat  yayıb.

Məlumata görə, “eksperimental başlıqla” təchiz edilmiş raket Həştərxan vilayətindəki Kapustin-Yar poliqonundan buraxılıb. Raket Qazaxıstanın Sarı-Şaqan poliqonundakı hədəfi müəyyən edilmiş dəqiqliklə vurub. Nazirliyin bildirdiyinə görə, raket sınağı ballistik raketlərin perspektiv döyüş təchizatını yoxlamaq üçün keçirilib. Müdafiə Nazirliyi raket sınağının videogörüntüsünü də yayıb.

Raketin uçuşu başlayandan sonra Rusiyanın cənub regionlarının sakinləri səmada “naməlum uçan obyekt” göründüyü haqda sosial şəbəkələrdə yazıblar. Raket Azərbaycan və Ermənistanın üzərindən keçib. Nəticədə bəzi sakinlər ballistik raketi uçan naməlum obyekt (UNO) zənn ediblər. Məsələn, Mingəçevir sakini Elsevər Cəfərli saytlardan birinə danışıb ki, o, ötən gün axşam səmada naməlum obyekt görüb. Sakin obyektin səmada işıq saça-saça uçduğunu, daha sonra yox olduğunu deyir.

Xatırladaq ki, Rusiya sentyabrın əvvəllərində Plesetsk poliqonundan “eksperimental başlıqlı “Yars” ballistik raketini buraxıb. Raket Kamçatkadakı Kura poliqonunda təyin edilmiş hədəfi vurub.

Video üçün buraya klikləyin

*****

Azərbaycanda ötən gecə havada hərəkət edən qeyri-adi obyekt görünüb.

Shefeq.az Report-a istinadən xəbər verir ki, qeyri-adi obyekt axşam saat 20:00 radələrində Mingəçevir şəhəri ərazisində müşahidə edilib.

Yerli sakinlərin sözlərinə görə, parlaq işıqları ilə diqqət çəkən naməlum obyekt qısa müddət ərzində səmada bir neçə dəfə dövrə vurduqdan sonra sürətlə gözdən itib.

Qeyd edək ki, ötən gecə Rusiya, Qazaxıstan və Qırğızıstanda da səmada analoji naməlum dairəvi obyektin göründüyü barədə məlumatlar yayılıb. 

Video üçün buraya klikləyin
Video üçün buraya klikləyin

H.X.