Baxış sayı: 376
8-01-2017, 15:11
  • Şəhərimizin böyük hissəsi xüsusi və ümumi həyət evlərindən ibarətdir.  Ancaq bu əmlakın çox böyük hissəsi ölü əmlakdır. 


  • Əmlak pul deməkdir yatırım deməkdir.Söhbət sənədli cıxarışlı evlərdən gedir."Sovetski" adlanan ərazinin söküntüsü zamanı və bir cox ərazilərin söküntüsü zamanı şəhərdə daşınmaz əmlak bazarında cox böyük tərpəniş qeyd olundu. Bu tərpəniş ölkə iqtisadiyyatına cox böyük gəlirlər gətirdi.Evləri sökülənlər dövlət tərəfindən aldıqları pulları yenidən daşınmaz əmlaka yəni sənədli cıxarışlı evlərə yönəltdilər.Şəhərin demək olarki hər bir hissəsində daşınmaz əmlak bazarında böyük canlanmalar oldu. Bu isə tikinti sahələrindən tutmuş xırdalı böyüklü bütün sahələrdə dircəliş yaratdı. Lakin sənədsiz evlərin mülklərin sənədləşdirilməməsi bu sahəyə olan təlabatı azaldır, insanlarda inmazsızlıq yaradır.Daima gündəmdə olan bu mövzu hələdə öz həllini tapmır.Tələb olunan sənədləri yıgıb toplamaq qeyri mümkün bir məsələyə cevirib.Belə hallarda isə korrupsiya hallarına və insanların aldanılma hallarına daima rast gəlmək olur.Həyət evlərinə maragın cox olmasına baxmayaraq sənədləşmə olmadıgına görə bu növ əmlaklara olan təlabat azalır.Qəbul olunmuş dogru bir qərar kasıb və orta təbəqənin varlanmasına gətirib cıxarda bilər.Bəzi ərazilər Bələdiyyə tərəfində verilmiş sərəncamla tikilib hansı ki,  sənədləşmə zamanı həmin sərəncamın elədə bir hüquqi rolu olmur,bəzi ərazilər gecə qondu deyək yerli icra numayəndələrinin göz yumması nəticəsində tikilib bəzi ərazilər isə qeydiyyat yolu ilə. Azərbaycanın brendi olan ASAN xidmət bir xeyli problemlərin həll yolunu özündə birləşdirdi.Lakin sənədsiz evlərin sənədləşməsi hələdə bir pəncərə sisteminə salına bilmir. Sənədsiz evlər ipoteka yolu ilə və notarial qaydada satıla bilmir,banka girova qoyula bilmir,vətəndaşlar öz evlərinə qeydiyyata düşə bilmir və sair olan bütün bu problemlər yenədə gəlib öz həllini rüşvət yolu ilə həll edir.Kecən yazıda qeyd etdiyim kimi sənədli evlərin alqı satqısı zamanı hər kvadrat metr ücün dövlətə vergi ödənilir və hec bir qeyri qanuni hadisələrə yol verilmir. Görünür ki, hansısa xırda məmurlar öz mənafelərini insanların və dövlətin varlanmasından daha üstün tuturlar. 



  • Elnur Fərzəliyev



  •