8-01-2017, 13:17

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin baş müəllimi, tarix elmləri namizədi Musayev Aydın Hacıbala oğlu dünyasını dəyişib


Shefeq.az report-a istinadən bildirir ki, 1982-ci ildən dünyasını dəyişənə qədər BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında baş müəllim kimi fəaliyyət göstərib.

Aydın Musayev 1951-ci il iyulun 22-də Bakı şəhərinin Əmircan kəndində anadan olub. 1968-ci ildə orta məktəbi bitirib.

1974-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1974-1977-ci illərdə İsmayıllı rayonu, Vəndi kənd orta məktəbində müəllim, 1977-1979-cu illərdə Bakı şəhəri, Hövsan kəndi 118 №-li məktəbdə müəllim, 1977-82-ci illərdə Azərbaycan Dövlət Universitetində Ümumi tarix kafedrasında müəllim,1982-ci ildən dünyasını dəyişənə qədər Bakı Dövlət Universitetinin “Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi” kafedrasında baş müəllim işləyib.

loading...