•  – Heydər Əliyevin hakimiyyətə gəlməsindən 50 il ötür 
  •  – XİN Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı AÇILQLAMA YAYDI 
  •  – "Dövlət bayrağı haqqında" qanuna dəyişiklik edilir 
  •  – Prezident daha bir Xalq artistinə mənzil hədiyyə etdi - FOTO 

Bu gün seçim günüdür...

Bu gün İstanbul Böyükşəhər bələdiyyəsinin sədri vəzifəsinə təkrar səsvermə keçirilir.
shefeq.az  xəbər verir ki, 4 namizədin yarışdığı seçkidə əsas mübarizənin Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım və Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu arasında olacağı gözlənilir.
Digər namizədlər Səadət Partiyasından Necdet Gökçınar və Vətən Partiyasından Mustafa İlker Yüceldir.
Səsvermə Bakı vaxtı ilə 09:00-da başlayıb və 18:00-a qədər davam edəcək. Seçkidə 10 milyon 560 min 963 seçicinin səsvermə hüququ var. Seçicilər üçün 31 min 342 məntəqə yaradılıb. Onlardan 62-si cəzaçəkmə müəssisələrindədir, 156-sı isə səyyardır.
Qeyd edək ki, 31 martda keçirilmiş bələdiyyə seçkiləri nəticəsində Əkrəm İmamoğlu çox az fərqlə qalib olmuşdu. AKP-nin ciddi qanun pozuntuları iddiası əsasında seçkinin nəticəsi Türkiyə Ali Seçki Komissiyasının qərarı ilə ləğv olunub.

olke.az
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube