•  – Peter Pelleqrini Azərbaycanda: rəsmi səfər 
  •  – Nazir: "Azərbaycan ümid edir ki, Bolqarıstan-Yunanıstan qaz bağlantısı layihəsi tezliklə həyata keçiriləcək" 
  •  – Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv etdilər 
  •  – Özlərini apara bilməsələr..." - Deputatlara tətbiq edilən qadağalar genişləndirilir 

Bu gün futbol üzrə Avropa Liqasında finalçılar müəyyənləşəcək

Bu gün futbol üzrə Avropa Liqasında finalçıların adına aydınlıq gələcək

Shefeq.az-ın Report-a istinadla məlumatına görə, həlledici görüşə vəsiqə qazanacaq komandalar İngiltərə və Fransada keçiriləcək yarımfinal mərhələsinin cavab oyunlarından sonra bəlli olacaq.

İlk qarşılaşmaların nəticələrinə əsasən,“Mançester Yunayted”lə “Ayaks” finalçı olmağa daha yaxındır. İngiltərə təmsilçisi İspaniyada “Selta”nı 1 cavabsız qolla üstələdiyi halda, Hollandiya komandası evdə “Lion”u darmadağın edib - 4:1.

Qeyd edək ki, final matçı mayın 24-də İsveçin paytaxtı Stokholmdakı “Friends Arena”da keçiriləcək.

Avropa Liqası

Yarımfinal mərhələsi, cavab oyunları

11 may

23:05. “Mançester Yunayted” (İngiltərə) – “Selta” (İspaniya)

Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)

İlk oyun – 1:0

23:05. “Lion” (Fransa) – “Ayaks” (Hollandiya)

Baş hakim: Şimon Martsinyak (Polşa)

İlk oyun 1:4

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube