Bölmə: İdman
Baxış sayı: 71
10-01-2017, 21:24

FİFA Şurası dünya çempionatının final mərhələsində iştirak edəcək komandaların sayının 32-dən 48-ə çatdırıldığını təsdiqləyib


Shefeq.az-ın Report-a istinadla məlumatına görə, bu barədə Şuranın İsveçrənin Sürix şəhərindəki iclasında qərar verilib. Yeni format 2026-cı ildən qüvvəyə minəcək. Qərara əsasən, 48 komanda 16 qrupda mübarizə aparacaq. Hər qrupda 3 yığma yer alacaq. Detallı açıqlama isə iclasda müzakirə olunacaq. 

Qeyd edək ki, Şura üzvləri say artımına yekdilliklə səs veriblər.