Bölmə: İdman
Baxış sayı: 33
6-01-2017, 12:04

2018-ci ildə cüdo üzrə dünya çempionatı Bakıda keçiriləcək


Shefeq.az-ın Report-a istinadla məlumatına görə, bunu Beynəlxalq Cüdo Federasiyasının (BCF) prezidenti Marius Vizer Bakıda jurnalistlərə açıqlamasında deyib.

M.Vizer BCF-nin hakimlər və məşqçilər təşkil etdiyi beynəlxalq seminarından danışıb:

“Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevlə birgə bu cür seminar təşkil etdiyimizə görə böyük qürur hissi keçirirəm. Seminarda 100 ölkədən 400-ə yaxın iştirakçı var. Qaydalarda bəzi dəyişikliklər etmişik. Cüdonu daha sadələşdirmək və cəlbedici etmək, bir az dinamik idman növünə çevirmək üçün bu cür addım atmışıq. Azərbaycan dövlətinə, SOCAR-ın bizimlə birgə işləməsinə görə minnətdarlığımı bildirirəm. Azərbaycanda da cüdoya köməyə görə təşəkkür edirəm”.

Qeyd edək ki, bu gündən start götürən seminar iki gün davam edəcək.