•  – Prezident SƏRƏNCAM imzaladı 
  •  – Gülər Əhmədovanın deputatlığa namizədliyi qeydə alınmayıb 
  •  – Bu ay pensiyalar yenidən artırılacaq - Nazir AÇIQLADI 
  •  – 20 Yanvar əlillərinə birdəfəlik maddi yardım ayrılıb 

Zakir Həsənov generalları topladı - Ön cəbhə ilə bağlı tapşırıqlar verdi

Yanvarın 11-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəislərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik, birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən BiG.AZ-a verilən məlumata görə, müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb, döyüş hazırlığının daha da yüksəldilməsi məqsədilə cari ildə müxtəlif səviyyələrdə döyüş atışlı təlim və praktiki məşqlərin sayının və effektivliyinin artırılmasını əmr edib.

Nazir döyüş hazırlığını təmin edən müxtəlif ixtisaslı hərbi qulluqçuların peşəkar hazırlığının keyfiyyətli təşkili məqsədilə müvafiq təlim-maddi bazanın təkmilləşdirilməsi, bu kateqoriyadan olanlarla mütəmadi toplantıların keçirilməsi, qoşunların davamlı və dayanıqlı idarə olunmasının vəziyyətini müəyyən etmək üçün hərbi hissələrdə qəfil yoxlamaların əmr və direktivlərə uyğun aparılmasını, eləcə də şəxsi heyətin təlim-tərbiyəsinin, nizam-intizamının daim nəzarətdə saxlanılmasını tələb edib.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube