•  – Prezident icra başçısı ilə bağlı SƏRƏNCAM İMZALADI 
  •  – Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM 
  •  – Deputatlar şərabla bağlı təklif irəli sürdülər: "Şadlıq saraylarında..." 
  •  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 

Qardaş ölkə yeni müharibəyə hazırlaşır - Hərbi mənbələr HƏR ŞEYİ AÇDI

Türkiyə Əsəd rejiminin başlaya biləcəyi hücum nəticəsində sərhəddə baş verə biləcək miqrant böhranına görə müxaliflərin hakim olduğu İdlibdə hərbi mövqelərini gücləndirir.

Shefeq.az publika.az-a istindən xəbər verir ki, bu barədə “Röyters”ə Türkiyə hökuməti və hərbi qurumlarındakı mənbələr məlumat verib.


Mənbələr Türkiyə ordusunun Suriya ilə sərhəddə canlı qüvvə və texnika topladığını, həmçinin, humanitar fəlakət zamanı lazım ola biləcək ləvazimatlar daşındığını bildirib.

“Orada hərbi varlığımız mövcuddur və hər-hansı formada zərər gələrsə, hücuma məruz qalarıqsa, bu, Türkiyəyə edilmiş hücum olaraq qəbul ediləcək və lazımı cavab veriləcək”, - deyə mənbələrdən biri bildirib.

Hərbi mənbə qeyd edib ki, miqrantlar Türkiyəyə daxil edilməyəcək: “Çünki keçmiş təcrübəyə görə, bu köç dalğasında Türkiyəyə terrorçular da daxil edilir. Buna görə də həm Türkiyə, həm də Avropanın təhlükəsizliyi üçün köç dalğası Suriya torpaqlarında yerləşdiriləcək”.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube