10-12-2016, 11:01

PKK terrorçuları Türkiyənin Diyarbəkir vilayətində jandarma məntəqəsinə bomba yüklü avtomobillə hücum edib.

 

Shefeq.az-ın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçular Hazro rayonunda avtomobili jandarma məntəqəsinin qarşısında partladıblar.

 

Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Hazırda terrorçuların tutulması üçün bölgədə əməliyyat aparılır.

loading...