Bölmə: Hadisə
Baxış sayı: 14
11-10-2017, 23:16

Lənkəranda məktəb şagirdləri qəzaya düşüblər.

Məlumata görə, hadisə Aşağı Nüvədi qəsəbəsinə gedən yolda baş verib.

Sürücü nəqliyyat vasitəsinin idarəetməsini itirərək yoldan çıxıb və avtomobil yol kənarındakı arxa aşıb. Nəticədə Lənkəran şəhər 6 saylı məktəb-liseyin 4 nəfər şagirdi müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəsarət alan şagirdlər bunlardır: Quliyev Rəsul, Məmmədli Rauf, Baxışzadə Elsevən və İbadzadə Rəşad. Yaralılardan biri sürücüdür. Onların hamısının 16 yaşı var və eyni sinif şagirdləridir.