Bölmə: Hadisə / Dünya
Baxış sayı: 1 157
16-09-2017, 11:04

Qadın evində yaşayan sevgilisini 6 yerindən bıçaqlayıb.


Shefeq.Az "Metro"ya istinadla bildirir ki, yuxudan ayılanda sevgilisini çılpaq halda 12 yaşlı qızının üstündə tapan qadın sevgilisini ölümcül yaralayıb.


O, sevgilisinin sinəsinə 5 bıçaq zərbəsi vurub, 6-cısını isə başına endirib. Qadın daha sonra polisə zəng edib. O, hadisə yerinə gələn polislərə təfərrüatları danışıb. Adı açıqlanmayan qadın onu qısqandığı üçün bıçaqladığını etiraf edib.


Cleveland.com-da verilən məlumata görə, uşaq polislərə ifadəsində bildirib ki, kişi onu zorlamazdan əvvəl qulağına: "sevgilin olanda sənə belə edəcək", - deyib.


Oğlan xəstəxanaya yatırılıb. Onun vəziyyəti ağırdır. Hadisə ilə bağlı araşdırma aparılır. Hələ ki, həbs edilən yoxdur.


Hadisə Amerikanın Ohio ştatının Klivlend şəhərində baş verib.