•  – Prezident icra başçısı ilə bağlı SƏRƏNCAM İMZALADI 
  •  – Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM 
  •  – Deputatlar şərabla bağlı təklif irəli sürdülər: "Şadlıq saraylarında..." 
  •  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 

Azərbaycanı toz-duman bürüyüb

Azərbaycan ərazisində toz-dumanı müşahidə olunur.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən BiG.AZ-a verilən məlumata görə, departamentin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən sentyabrın 5-ində ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olduğu məlum olub. Buna səbəb ölkə ərazisinə cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə saat 15:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 3,6 dəfə yuxarı olduğu qeydə alınıb.

Meteoroloji proqnoza əsasən tozlu hava şəraitinin sabah günün birinci yarısınadək davam edəcəyi gözlənilir.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube