Baxış sayı: 272
7-12-2016, 13:05
Bakı və Abşeron yarımadasında dekabrın 8-də  bəzi yerlərdə arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcək.
 Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun gecə və gündüz  1° şaxtadan  2°-dək isti, Bakıda gecə və gündüz  0-2° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan yüksək 765 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət  80-90 %  təşkil edəcək. Dekabrın 8-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Dekabrın 9-da isə arabir güclənən mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

 Havanın minimal temperaturu 0-3° şaxta təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 8-13°, gündüz 0-5° şaxta olacağı gözlənilir.