Bölmə: Dünya
Baxış sayı: 85
11-01-2017, 10:29

Amerikanın beşinci nəsil çoxməqsədli “F-35B” qırıcıları Arizonanı tərk ediblər və sonradan ABŞ-ın dəniz piyadaları aviasiyasının "İvakuni" bazasına yerləşdirilmək üçün Yaponiyaya istiqamət alıblar

Shefeq.az Report-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı təyyarələrin məxsus olduğu ABŞ Dəniz Piyadaları Korpusunun saytına yerləşdirilən məlumatda bildirilir.

Qeyd olunur ki, qırıcılar ABŞ ərazisindəki aerodromu yanvarın 9-da tərk ediblər. Bildirilir ki, onların Yaponiyaya göndərilməsi “F-35B proqramı üçün mühüm mərhələ olacaq”. Bundan əlavə, “İvakuni” ABŞ-ın yalnız bu yaxınlarda döyüşdə istifadəyə hazır hesab edilən “F-35” qırıcılarını qəbul edəcək ilk xaricdə yerləşən bazası olacaq.