Bölmə: Dünya
Baxış sayı: 64
9-01-2017, 20:28

Türkiyə Böyük Milli Məclisinin (TBMM) qarşısında konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı etiraz aksiyası keçirilib


Shefeq.az AzVision.az-a istinadən xəbər verir ki, etiraz aksiyasında CHP-li millət vəkilləri, QHT üzvləri iştirak edib. 

Polis dağılmaq əmrinə tabe olmayan iştirakçılara qarşı bibər qazından istifadə edib. Polislə etirazçılar arasında baş verən qarşıdurmada CHP-nin Ankara millət vəkili Necatı Yılmazın protez dişi qırılıb. Digər CHP-li deputatlar Orxan Sarıbal, Əli Şəkər və Şənər Saruhan da polisin müdaxiləsi zamanı yaralanıb.