•  – Baş nazir icra başçılarına çağırış etdi 
  •  – Bu həftə yeni çağırış Milli Məclis ilk iclasına toplanacaq 
  •  – VI çağırış Milli Məclisin deputatları - SİYAHI 
  •  – Türkiyə və Fransa Pezidentlərinin telefon danışığı olub 

Həcc ziyarəti üçün müraciət edənlərin sayı artıb

Zəvvarlar ziyarətə təyyarə ilə gedəcəklər

Sənəd qəbulu başlanan gündən Azərbaycandan Həcc ziyarətinə getmək üçün müraciət edənlərin sayı 100 nəfəri ötüb.

Qafqaz Müsəlmanları İdarəsindən BiG.AZ-a məlumat verilib ki, zəvvarlar ziyarətə təyyarə ilə gedəcəklər.

Bildirib ki, bu il Həcc ziyarətinin qiymətində artım olacaq. Ziyarətin qiyməti 4490 dollar olacaq. Ötən il isə bu məbləğ 4285 dollar təşkil edib. Bu, otel xidmətlərində olan qiymət artımı və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır.

Qeyd edək ki, Həcc ziyarətinə sənəd qəbuluna yanvarın 27-də başlanıb.

Keçən il olduğu kimi, bu il də kvotaların sayı (1400) eynidir.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube