Baxış sayı: 320
11-01-2017, 19:51
Səudiyyə Ərəbistanı neft hasilatını azaltdıqdan sonra ölkə iqtisadiyyatını gücləndirmək məqsədi ilə  həcc ziyarətinə gələn zəvvarların sayını  2.6 milyon nəfərə qədər artırmagı planlaşdırır.Ötən il Azərbaycandan təxminən 1050 nəfər zəvvar Həcc ziyarətinə gedib.Bu isə o deməkdirki bu il Azərbaycandan ziyarətə getmək istəyənlərin sayı dahada arta bilər.Allah hər bir müsəlmana Həcc ziyarətinə getməyi nəsib etsin.Həcc ziyarəti İslam dininin 5 əsas şərtindən 5-cisidir.

Dinimizin 5-əsas şərti bunlardı.
1.Şəhadət gətirmək
2.Namaz qılmaq
3.Oruc tutmaq
4.Zəkat vermək
5.Həccə getmək.

Təəsüflər olsunki din xadimlərimiz bu mövzuda bizləri bir o qədərdə maarifləndirmirlər.İstər Həcc istər namaz istər zıkan istərsədə başqa bir dini mövzuda.Hər bir zəvvar ücün bu ziyarət təxminən 4700-5750 dollara başa gəlir.Bu isə az məbləg deyil.Bir cox insanlarımız hətta 10-15 dəfə həcc ziyarətində olublar.Ziyarətə gedən insanlarımızın bir hissəsi həqiqətən Allah yolunda bir hissəsi isə sadəcə Hacı adı almaq ücün və başqa insanlar arasında hörmət,nüfuz etibar qazanmaq ücün ziyarətə gedirlər.Nəticədə isə bu tip insanların ucbatından bir cox  hacıləra qarşı insanlarda böyük inamsızlıq yaranıb.(bu sözüm hacı adından istifadə edərək min bir oyundan cıxanlara aiddir)Həcc ziyarətinin bir cox şərtləri var.Borclu olmamalı,evli kişi tək gedərsə öz həyat yoldaşıynan kəbinini pozmalı,gedərkən ayləyə müəyyən qədər pul qoyub getməli və sair.Din xadimlərimiz bu barədə daha dogru məlumatlar verə bilərlər.Bir cox din adamlarının söylədiklərinə görə ziyarətə gedən şəxsin əgər qonşulugunda qohumunda borclu olan,xəstə olan lakin mualicəyə etdirməyə pulu olmayan insanlar varsa ziyarət ücün topladıgı pulu ehtiyacı olan həmin insanlara verməsi Allah qatında daha böyük savabdır.Lakin Həcc ziyarətindən əvvəlki 4-cü vacib şərtə nəzər salsaq hər bir imkanlı müsəlman öz qazancının müəyyən hissəsini zəkat verməlidir.Həm Həccdən əvvəl həmdə sonra.Yəni dövlətə verdiyi vergi kimi Allah yolunda öz axirəti yolunda kasıblarada əl tutmalıdı.Quranın 82 ayəsində zəkat namazla birgə qeyd olunub.Bir ayədə buyrulub Ya Rəsulum qızıl gümüş yıgıb onu Allah yolunda xərcləmiyənləri şiddətli bir əzabla müjdələ.O gün(qiyamət günü) yıgdıqları qızıl gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına böyürlərinə və kürəklərinə dag basılacaq(və onlara) Bu sizin özünüz ücün yıgıb saxladıgınız mallardır."Yıgdıgınız mal dövlətinizin (əzabını acısını)dadın"Cox heyifki bəzi insanlar Allahın buyurduqlarının fərqinə varmadan ad san ücün dəfələrlə ziyarətə yollanırlar lakin zəkat verməyi imkansızlara əl tutmagı unudurlar.Bəlkədə bir dəfədə ürəyi kəbə evini ziyarət etmək ücün cırpınan hansısa imkansızı göndərsə daha böyük savab olar.Amma dəfələrlə təkrarlamaqdansa həmin pulları xeyriyyə işlərinə xərcləsələr həm savabı cox olar həmdə milyonlarla dollar pul ölkədən kənara cıxmaz.Minlərlə cox imkanlı hacılarımız var lakin az bir pul ucbatından xəstələnib dünyasını dəyişən insanları görəndə az bir borca görə öz canına qıyan insanları görəndə acından zibillikdə bir parca cörək ücün eşələnən insanları görəndə bu ziyarətə ad qazanmaq ücün gedənlərin daha cox say təşkil etdiyinə inanmaq olar.Yəqinki bunum böyük səbəblərdən biridə elmsizlikdən məlumatsızlıqdan irəli gəlir.Necəki Quranki Kərimin ilk ayəsində Allah buyurub Oxu.Peygəmbərimiz buyurub beşikdən qəbr evinə qədər oxu.Dinimizi kökümüzü özümüza haqq hüquqlarımızı bilmək ücün oxuyaq.

 Elnur FƏRZƏLİYEV