Bölmə: Din
Baxış sayı: 137
28-12-2016, 23:08
əl-Alim sözü bilən deməkdir. Allahın əl-Alim adı Qurani-Kərimdə yüz əlli yeddi dəfə zikr edilir. Uca Allah buyurur:
“Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır” (əl-Hucurat, 13).
“Allahın birinizi digərinizdən üstün etdiyi şeyə tamah salmayın. Kişilərin qazandıqlarından öz nəsibi, qadınların da qazandıqlarından öz nəsibi vardır. Allahdan, Onun lütfünü diləyin. Həqiqətən, Allah hər şeyi Biləndir” (ən-Nisa, 32).
“Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu (Allaha şərik qoşmağı) inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir” (əl-Bəqərə, 256).
əl-Alim olan Allah gizlində və aşkarda olan hər şeyi biləndir. O, keçmişdə və gələcəkdə olanları bilir.