•  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 
  •  – 100 deputat Merkelə müraciət etdi: Rusiyadan imtina et 
  •  – Nazir: "Azərbaycan ümid edir ki, Bolqarıstan-Yunanıstan qaz bağlantısı layihəsi tezliklə həyata keçiriləcək" 
  •  – Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv etdilər 

İraqdakı müqəddəs məkanlara ziyarətə getmiş şəxslər namazları necə qılmalıdırlar?

İraqdakı müqəddəs məkanlara ziyarətə getmiş şəxslər ziyarət zamanı namazları necə qılmalıdırlar?
Cəfəri məzhəbinə əsasən, yola çıxmış şəxsin səfəri nəzərdə tutulmuş şərtlərə cavab verərsə, o, gündəlik dörd rükətli namazları 2 rükət şəklində (qəsr ilə) qılmalıdır. Əhli-sünnə məzhəbində bu, fərz (vacib) sayılmır.
Shefeq.az islam.az-a istinadən bildirir ki, cəfəri məzhəbinə görə bəzi məkanlarda namazı bütöv qılmağa icazə verilir. Bu məkanlar risaələlərdə qeyd edilmişdir. Həmin məkanlarda müsafirin namazları bütöv qılması barədə hökm məsumların hədislərinə əsaslanır. Risalələrdə yazıldığına görə, səfərdə olan şəxs Məkkə, Mədinə, Kufə şəhərlərinin hər yerində, Kərbəlada isə İmam Hüseynin (ə) qəbrinə yaxın yerdə namazları bütöv qıla bilər.
Bu, bir icazədir, vacib hökm deyil. Həmin məkanlarda namazları bütöv yoxsa qəsr ilə qılmaq insanın özündən asılıdır. Ziyarətə gedən şəxslər adətən bir şəhərdə 10 gündən çox qalmırlar, ona görə də bütün ziyarət boyunca səfərdə sayılırlar. Buna görə də onlar bütün yol boyunca namazlarını qəsr ilə qılmalıdırlar. Kufə şəhərinin hər yerində və Kərbəlada İmam Hüseynin (ə) məzarının ətrafında isə namazları bütöv də qıla bilərlər.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube