Baxış sayı: 213
14-11-2016, 22:18

Qırğızıstanda “KİV və Diplomatiya mərkəzi” ictimai birliyi təsis edilib. İctimai Birlik Qırğızıstan Ədliyyə nazirliyində rəsmi dövlət qeydiyyatından keçərək şəhadətnamə alıb. 

Bu barədə shefeq.az-a  İctimai Birliyin sədri Nüsrət Məmmədov məlumat verib. N. Məmmədovun sözlərinə görə, birliyin əsas məqsədi Azərbaycan və qeyri türkdilli xalqların  mədəniyyətini, dövlətçiliyini və bərabərhüquqlu siyasi xətti ilə yanaşı, dünya mətbuatı üzərindən  separatizmə qarşı təbliğat aparmaqdır: " Dünyada baş verən hadisələrə Azərbaycan və qeyri türkdilli xalqların  siyasətçilərinin fikrlərinin yalnız  öz mediasında deyil, o cümlədən qlobal problemlərin həllində də onların fikir və təkliflərinin dünya mətbuatında təbliğatının aparılması;

Qlobal mövzularda beynəlxalq tədbirlərin keçirilməsi və beynəlxalq tədbirlədə separatizmin ifşa edilməsi;

Beynəlxalq qeyri hökümət və dövlətlərarası təşkilatlarla əlaqələrin qurulması və birgə layihələrin keçirilməsi;

Birliyinin məqsədlərinə uyğun olaraq, ölkə daxilində və xaricdə təhsil, səhiyyə, idman, ekologiya və digər vacib sahələrdə əlaqələrin qurulması ilə bağlı qlobal layihələrin həyata keçirilməsi;

Xarici KİV-lərdə çalışan xarici, professional jurnalistlərin ölkələrimizdə ödənişsiz “master klass”ların təşkil etdilməsi;

Sağlam və təhlükəsiz həyat  naminə həyata keçirilən fəaliyyətlərin dəstəklənməsi və stimullaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi;

Dünya mediasına çıxışı təmin etməklə, mütəmadi jurnalistlərin təcrübə proqramı çərçivəsində treninqlərdə iştirakının təmin olunması.

Jurnalistlərin Avropaya müxtəlif mədəni tədbirlərlə inteqrasiyasi

Jurnalistlərin hər sahədə ayrı-ayrılıqda  uğurlarının genişləndirib, inkişaf etdilməsi

Gənc jurnalislərdə dövlətçilik hisslərinin aşılanması. Türk dünyası KİVlәrinin birgә tәdbirlәrini, ortaq yayınlarını, Türk dünyası jurnalistlәr birliyini yaratmaq ictimai birliyin prioritet vәzifәlәrindәndir".

Birlik Azərbaycan və qeyri türkdilli Dövlətlərinin Konstitusiyası və qanunları ilə qadağan edilməyən digər fəaliyyətlə də məşğul ola bilər.

Birlik Azərbaycan və qeyri türkdilli Dövlətlərin prezidentinin, Azərbaycan və qeyri türkdilli Dövlətlərin Parlamentlərinin və bələdiyyələrin seçkilərində iştirak etmək hüququna malikdir.

İctimai birlik bütün dövlət qurumları ilə əməkdaşlıq etməyə hazırdır və həmin dövlət qurumlarının təkliflərini gözləyir.

“KİV və Diplomatiya mərkəzi” ictimai birliyinin  bütün türkdilli dövlətlərdə filiallarının açılması nəzədə tutulur.

Qeyd edək ki “KİV və Diplomatiya mərkəzi” ictimai birliyinin  sədri Nüsrət Məmmədovdur.