Baxış sayı: 59
4-11-2016, 18:43

Türkiyənin İzmir şəhərində Karabağlar bələdiyyəsinin ərazisində “Azərbaycan, Qarabağ, Xocalı parkı” açılıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, parkın açılışı Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyasının təşəbbüsü və təşkilatçılığı baş tutub.

 

Mərasimində Karabağlar bələdiyyəsinin nümayəndələri, diaspor təşkilatlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının üzvləri, yerli ictimaiyyət nümayəndələri iştirak edib. Mərasimdə çıxış edən Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyasının sədri İsa Ambarcı bildirib ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşatmaq məqsədilə Xocalı parkının açılması işlərinə bir il əvvəl başlanıb. Federasiyaya daxil olan Azərbaycan, Krım, Ahıska, Uygur, Kərkük dərnəkləri ilə yanaşı, İzmir İğdırlılar Federasiyası, Azərbaycanlı Qadınlar Dərnəyi, İzmir Azərbaycan Kültür Dərnəyi, Qars, Ərdahan, İğdırdan olan iş adamları, Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyi və başqaları könüllü şəkildə prosesə qoşularaq böyük dəstək göstəriblər. İ. Ambarçı bütün bu təşklatlara, açılışdan bir gün əvvəl təşkilatın ofisini ziyarət etmiş Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyevə və Karabağlar bələdiyyəsinin sədri Mühittin Selvitopluya göstərilən dəstəyə görə təşəkkür edib. 2017-ci il fevralın 26-da parkın ərazisində Xocalı abidəsinin açılışı da nəzərdə tutulub.