Bölmə: Cəmiyyət
Baxış sayı: 11
12-10-2017, 11:46

Bu gün Xristofor Kolumbun Amerikanı kəşf etdiyi gündür.

Shefeq.az-ın məlumatına görə, 1492-ci il 12 oktyabrda Kolumb daş-qaş axtarışı məqsədi ilə çıxdığı yolda Amerikanı kəşf edib. Ancaq o, əvvəlcə elə bilirdi ki,Hindistana dəniz yolunu tapıb. 525 il əvvəlin məhz bu günündə kəşf edilən Amerika indi dünyanın super güc dövlətlərindən biridir.

50 ştatdan, bir federal ərazidən, beş böyük özünüidarə edən ərazidən və müxtəlif mülklərdən ibarət ABŞ, federal respublikadır. 9.8 milyon kv.km ərazisi olan Amerikanın 324 milyon əhalisi var. ABŞ, ərazisinə görə dünyada 3-cü və ya 4-cü, əhali sayına görə isə, üçüncü ölkədir. Paytaxtı Vaşinqton, ən böyük şəhəri Nyu-Yorkdur. Ali qanunverici hakimiyyət orqanı olan Konqres Senatdan və Nümayəndələr Palatasından ibarətdir.

Qeyd edək ki, amerikalılar oktyabrın 12-ni “Kolumb Günü”nü kimi qeyd edir. Hər il oktyabr ayının ikinci bazar ertəsi qeyd edilən "Kolumb Günü"nü əsasən amerikalı-italyalılar olmaqla, amerikalıların nailiyyət və qürur günü kimi qeyd edilir. Ancaq bu günlə bağlı fikirlər birmənalı deyil.

Bəziləri Kolumbu böyük təhqiqatçı hesab etsə də, digərləri onun mirasından xəcalət çəkir. Corc Meyson universitetinin professoru Co Ginetin-Pilava bildirib ki, o, çox sayda yerli əhalini qul halına salıb, avropalılarla müxtəlif xəstəliklər gətirərək, minlərlə yerli əhalinin ölümünə səbəb olub. Hətta bu səbəbdən 1492-ci ildən 1502-ci ilədək Bahama adalarında yaşayan yerli Taino xalqının sayı təxminən 1 milyondan 500 nəfərə düşüb.

Corc Vaşinqton universitetinin tarix üzrə professoru David Silverman isə bildirib ki, Xristofor Kolumb federal bayramının adını dəyişdirilib "Xalq Günü" qoyulmalıdır.